Klublarımızın oyunu azarkeşsiz keçiriləcək

Oxunma sayı: 581
İdman       10 İyul 2020, 11:22
Klublarımızın oyunu azarkeşsiz keçiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2020/2021 mövsümündə Azərbaycanın futbol azarkeşləri avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcək.

 

Azmedia.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

 

Qərara əsasən, avqustda başlayacaq növbəti mövsümdə UEFA bayrağı altında keçiriləcək yarışlarda azarkeşlər iştirak etməyəcək. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi halda, mövsümün gedişatında dəyişdirilə bilər.

 

Qeyd edək ki, yeni mövsümdə “Qarabağ” 18-19 avqustda Çempionlar Liqasında mübarizəyə başlayacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizəyə avqustun 27-də qoşulacaq. Dörd komandamız müvafiq turnirlərin I təsnifat mərhələsində mübarizə aparacaq.

 

Çempionlar Liqasında matçlar pley-offadək, Avropa Liqasında isə qrup mərhələsinədək bir qarşılaşmadan ibarət olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar