Kamran Əliyevdən yeni TƏYİNAT

Oxunma sayı: 522
Sosial       10 İyul 2020, 12:16
Kamran Əliyevdən yeni     TƏYİNAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

 

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

 

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. 

 

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb. 

 

Faktı  Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

 

Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gender bərabərliyinin qorunması müsbət qarşılanır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar