Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı

Oxunma sayı: 493
Hadisə       10 İyul 2020, 14:17
Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  Azmedia.az-a verilən məlumata görə, rayon sakini, Zaur Hüseynquliyev sürücülük idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

 

Z. Hüseynquliyev barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimə edilərək 1 il sürücülük hüququndan məhrum edilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar