Yeni nəsil kombaynlar biçinə başladı

Oxunma sayı: 533
İqtisadiyyat       10 İyul 2020, 16:03
Yeni nəsil kombaynlar biçinə başladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyulun 9-dan etibarən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları Siyəzən, Xızı və Qusarın çətin relyefli sahələrində biçinə başlayıb.


Azmedia.az xəbər verir ki, yeni nəsil kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələr üçün nəzərdə tutulub.


“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, bu il Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının texnika parkının müasirləşdirilməsi üçün vəsait ayrılıb. Bundan sonra “Aqrolizinq” ASC tərəfindən 25 ədəd yeni nəsil kombayn alınıb. Bu kombaynların bir hissəsi artıq ölkəyə idxal olunub və texnikaların gətirilməsi davam edir.


İyunun 26-dan başlayaraq Cəlilabad, Yardımlı və Lerikin çətin relyefli, dağlıq sahələrində bu kombaynlarla indiyə kimi 700 hektara yaxın taxıl zəmisi biçilib.


Ölkəyə gətirilən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynların sayəsində artıq dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaranacaq. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar