Səkkizinci sinif şagirdi müəllimini öldürdü

Oxunma sayı: 532
Dünya       10 İyul 2020, 16:31
Səkkizinci sinif şagirdi müəllimini öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səkkizinci sinif şagirdi təhsil aldığı məktəbin müdir müavinini bıçaqlayıb.

 

Azmedia.az  xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk vilayətində qeydə alınıb.

 

Mənbə bildirir ki, qadın xidməti mənzildə yaşayıb. Hadisə baş verən gün o, evdə tək olub. İlkin ehtimallara görə, şübhəli qarət məqsədilə pəncərədən evə daxil olub. Lakin qadın oyanıb və onu saxlamağa çalışıb. Yeniyetmə isə cavabında müəllimini bıçaqla vurub. Qadın yerindəcə keçinib.

 

Polis hadisə yerində olan əlcəklərə və yerdəki ayaqqabı izlərinə görə şübhəlini saxlayıb.

 

Yeniyetmə törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı istintaqa başlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar