Yollarda hərəkət qismən məhdudlaşdırılır

Oxunma sayı: 544
Cəmiyyət       10 İyul 2020, 16:44
Yollarda hərəkət qismən məhdudlaşdırılır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin  “20 yanvar” metrosu istiqamətindən  “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Azmedia.az xəbər verir ki, sürücülər alternativ olaraq Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.


"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar