Milli qəhrəman Rafiq Alıcanovun doğum günüdür

Oxunma sayı: 295
Cəmiyyət       11 İyul 2020, 18:00
Milli qəhrəman Rafiq Alıcanovun     doğum günüdür

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Azərbaycanın Milli qəhrəmanı Rafiq Alıcanovun doğum günüdür.

 

Azmedia.az xəbər verir ki, R.Alıcanovun anadan olmasından 55 il ötür.

 

Xatırladaq ki, R.Alıcanov 1965-ci ilin iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayıb. Amma 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönüb. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar