ABŞ-da növbəti dəfə “Corc Floyd hadisəsi” baş verib - VİDEO

Oxunma sayı: 494
Dünya       13 İyul 2020, 13:15
ABŞ-da növbəti dəfə “Corc Floyd hadisəsi” baş verib       - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən gün ABŞ-da qaradərili vətəndaşın saxlanılması zamanı polisin boğucu fənddən istifadə etməsi yeni narazılıqlara səbəb olub.

 

Azmedia.az  xəbər verir ki, insident barədə “The Sun” nəşri məlumat yayıb.

 

Hadisə Pensilvaniya ştatının Allentaun şəhərində qeydə alınıb.

 

Şahidlər bildirib ki, üç polis əməkdaşı qaradərili vətəndaşı yerə yıxıb, onlardan biri isə ayağı ilə tutulan şəxsin boynunu asfalta sıxaraq, qoluna qandal vurub.

 

Öz növbəsində, hüquq-mühafizə orqanları hadisəni şərh edib. Rəsmi məlumata əsasən, qanunu pozan şəxs polisin tələblərinə məhəl qoymayıb, onlara müqavimət göstərib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar