"Ağılları başdan alan gözəlliyi" ucbatından İşsiz qaldı - FOTO

Oxunma sayı: 467
Maraqlı       13 İyul 2020, 17:35
  "Ağılları başdan alan gözəlliyi" ucbatından         İşsiz qaldı - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Budapeşt sakini Barbara Luna Sipos kişilərin onun görünüşünə verdiyi reaksiya ucbatından işindən ayrılıb.

 

Azmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Sipos idarəçi olaraq çalışıb, ancaq 135 min funt sterlinqə (təxmini 300 min manat) başa gələn plastik əməliyyatdan sonra o, işdən çıxmalı olub. 


Siposun özünün dediyinə görə, onun gözəlliyi və xarizması "kişiləri dəli edir".

 

Qadın uşaqlıqdan bəri Barbi kuklası kimi görünməyi xəyal etdiyini etiraf edib. 


İlk plastik əməliyyatını 17 yaşında edib və ümumilikdə, 10 cərrahi müdaxilədən keçib. Bu müddət ərzində sinə ölçüsü ikincidən beşinciyə qədər artıb.


Bununla kifayətlənməyən "barbi", əməliyyatını dayandırmaq niyyətində olmadığını və özünü 3-cü rinoplastika etmək və qabırğalarını çıxartmağı planlaşdırdığını qeyd edib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar