Məşhur aktyor sevgilisini amansızcasına döydü

Oxunma sayı: 503
Dünya       13 İyul 2020, 19:25
Məşhur aktyor sevgilisini amansızcasına döydü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, "Babil" serialında əsas rollardan birini canlandıran aktyor Ozan Güvən sevgilisinə zorakılıq tətbiq etməsiylə gündəmdədir.

 

Azmedia.az  xəbər verir ki, özündən 17 yaş kiçik sevgilisi Deniz Bulutsuzu bir saata yaxın döydükdən sonra çəkilən yeni fotolar ortaya çıxıb. Bundan əvvəl Deniz Bulutsuzun, sadəcə, gözünə qan dolan bir fotosu mətbuata təqdim olunmuşdu. Yeni yayılan fotolarda qadının qollarında və ayaqlarında çoxsaylı göyərmələr var. Bir gözü gömgöy olan qadının çənəsindəki yara da diqqətdən qaçmayıb.

 

Məlum olub ki, Deniz Bulutsuz aktyorun ona qarşı etdiyi zorakılığı yaxınlarından gizlətməyə çalışıb və yalnız 5 gün sonra polisə müraciət etməyə qərar verib.

 

Ozan Güvən isə bu hadisənin ona qarşı qurulmuş tələ kimi qələmə verib və bildirib ki, aralarındakı mübahisə Dəniz Bulutsuzun keçmiş sevgilisi üzündən yaşanıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar