Azərbaycan dili imtahanlarının nəticələri AÇIQLANDI

Oxunma sayı: 833
Cəmiyyət       14 İyul 2020, 19:35
Azərbaycan dili imtahanlarının nəticələri     AÇIQLANDI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyulun 10-da 10,11,18 və ya 19 iyunda keçirilən imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

 

Azmedia.az Metbuat.az-aistinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 10, 11, 18 və ya 19 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış imtahanı;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari ilin məzunları üçün qəbul imtahanı;

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı;

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Qeyd edək ki, bu imtahanlarda 130 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 28 nəfər imtahana gəlməyib.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar