Zürafə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib - FOTO

Oxunma sayı: 571
Maraqlı       31 İyul 2020, 20:08
Zürafə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avstraliyada yaşayan zürafə hündür boyuna görə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

 

Azmedia.az  AZƏRTAC-a istinadən bildirir ki, Forest adlı zürafənin boyu 5,5 metrə çatır. Bildirilir ki, dünyanın ən hündür zürafəsi Kvinslend ştatının Birva şəhərində İrvin Bindin ailəsinə məxsus heyvanxanada yaşayır. "Ginnesin Rekordlar Kitabı" rəsmi olaraq onu dünyanın ən hündür zürafəsi elan edib.

 

"Bizim əziz Forest hazırda yaşayan ən hündür zürafə olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Biz bu ucaboy oğlanla fəxr edirik, onun böyük və mehriban ürəyi var", - deyə B.İrvin öz statusunda bildirib.

 

Hazırda Forestin zürafələrin sayının artırılması proqramında iştirak etdiyi də bildirilir. Belə ki, artıq onun 12 balası var. Bu yaxınlarda onun daha bir balasının doğulacağı gözlənilir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar