Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir - VİDEO

Oxunma sayı: 712
Cəmiyyət       1 Avqust 2020, 18:24
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

 

Azmedia.az xəbər verir ki, bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyi xəbər yayıb.

 

Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.

 

Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.

 

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar