Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum edib

Oxunma sayı: 584
Cəmiyyət       1 Avqust 2020, 21:45
Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə       hücum edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edib qanunsuz tikinti işləri aparmağa cəhd edib.

 

Azmedia.az report-a istinadən xəbər verir ki, belə faktlara xüsusilə Bayıl-20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

 

İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər. 

 

Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən “Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağrılıb. Aldığı xəsarətlərə görə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar