AZAL Bakı-Moskva-Bakı xüsusi çarter reysini yerinə yetirəcək

Oxunma sayı: 739
Dünya       2 Avqust 2020, 16:55
AZAL Bakı-Moskva-Bakı xüsusi    çarter reysini yerinə yetirəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 5-də "Azərbaycan Hava Yolları" Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysini yerinə yetirəcək.

 

Azmedia.az xəbər verir ki, Bakı-Moskva reysinə biletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş üçün icazə almış şəxslər əldə edə bilərlər.

 

Moskva-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, siyahıda göstərilən şəxslər də buraxılır:

- Diplomatik və xidməti pasportları olan əcnəbilər;

- Ailəsində Azərbaycan vətəndaşı olan (atası, anası, həyat yoldaşı/həyat yoldaşı, uşağı, qardaşı/bacısı) əcnəbilər;

- Azərbaycanda iş icazəsi olan əcnəbilər;

- Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar