Yeyib-içmək məclisində qadına 16 bıçaq vurdu

Oxunma sayı: 222
Kriminal       7 Avqust 2020, 10:47
Yeyib-içmək məclisində qadına 16 bıçaq vurdu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Azmedia.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

 

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

 

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 zərbə vurub. Qadın aldığı zərbələrdən ölüb. 

 

B.Abdullayevə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar