Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Oxunma sayı: 171
Cəmiyyət       7 Avqust 2020, 15:44
Azərbaycanda yüksək vəzifəyə       TƏYİNAT - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

 

Azmedia.Az-ın məlumatına görə, Rafail Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri təyin edilib.

 

O buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 

 

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 

 

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

 

Ailəlidir, dörd övladı var. 

 

Kənd Təsərrüfatı Nazirliyindən məlumatı təsdiqləyiblər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar