Livan ordusu Beyrutda nəzarəti bərpa etdi

Oxunma sayı: 174
Dünya       11 Avqust 2020, 01:05
Livan ordusu Beyrutda nəzarəti bərpa etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Beyrutda Livan hərbçiləri bütün nümayişçiləri parlamentə bitişik mərkəzi meydanlardan və küçələrdən sıxışdırıb çıxarıblar. Azmedia.az bildirir ki, bu barədə “ria novosti” xəbər verib.

 

Məlumata görə, nümayişçilər bazar ertəsi axşam parlamentin binası qarşısında yenidən iğtişaşlar törədiblər. Onlar asayiş keşikçilərinin üstünə daş, armatur və fişəng atıblar.

 

Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.

 

Nümayişçilərin dağıdılması Baş Nazir Həsən Diyabın ölkə hökumətinin istefa verməsi ilə bağlı çıxışından bir neçə dəqiqə əvvəl başlayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar