"Messiyə o nəzarət edəcək" - "Bavariya" rəhbəri

Oxunma sayı: 194
İdman       14 Avqust 2020, 15:31
"Messiyə o nəzarət edəcək"     - "Bavariya" rəhbəri

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Hayns Rummenigge Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə keçiriləcək matçla bağlı fikirlərini bölüşüb.

 

Azmedia.az  apasport.az-a istinadla bildirir ki, klub rəhbəri rəqibin kapitanı Lionel Messinin meydanda zərərsizləşdiriləcəyini düşünür.

 

O, bu vəzifəni sol cinah müdafiəçisi Alfonso Devisin yerinə yetirəcəyinə əmindir: "Devis əla mövsüm keçirdi və layiqli şəkildə Bundesliqanın ən yaxşı debütantı seçildi. Messi sağ cinahda oynayırsa, ona Alfonso nəzarət edəcək. Onun üçün çətin, amma maraqlı tapşırıq olacaq. Devis bu mövsüm rəqiblərinə nə yenildi, nə də aldandı".

 

Qeyd edək ki, avqustun 14-də Portuqaliyada keçiriləcək "Barselona" - "Bavariya" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar