“Barselona” baş məşqçisi ilə yollarını ayırır

Oxunma sayı: 217
İdman       15 Avqust 2020, 11:08
“Barselona” baş məşqçisi ilə yollarını ayırır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Barselona” baş məşqçisi Kike Setyenlə yollarını ayıracaq.

 

Azmedia.az  xəbər verir ki, bu gün klubun rəsmi qərarını açıqlaması gözlənilir.

 

Qeyd edək ki, əsl adı Enrike olan 61 yaşlı Setyen Kataloniya klubunda Ernesto Valverdeni yanvarın 13-də əvəzləmişdi. Lakin komanda onun rəhbərliyi altında heç bir titul qazana bilməyib.

 

“Barselona”nın Münhen “Bayern”inə Çempionlar Liqasının 1/4 finalında 2:8 hesabı ilə darmadağın olması klub rəhbərliyinin səbir kasasını daşırıb.

 

Artıq bu komandanı çalışdıracaq namizədlərin adları da açıqlanıb. Bunlar "Barselona"nın sabiq futbolçu Çabi, hollandiyalı Ronald Kuman, argentinalılar Mauritsio Pokettino və Marselo Byelsadır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar