Neftçalada çətənə bitkisi yetişdirən şəxs tutuldu - FOTO

Oxunma sayı: 184
Cəmiyyət       15 Avqust 2020, 15:11
Neftçalada çətənə bitkisi yetişdirən şəxs tutuldu         - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olmuş məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Aşağı Qaramanlı kənd sakini Abasət Hüseynov saxlanılıb.

A.Hüseynovun kənd ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar