Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və cari ilin yanvar-iyul ayları ərzində baş vermiş yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.
Bu barədə Azmedia.az-a açıqlamasında FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.
O bildirib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq əhali, müəssisə və təşkilatlarda profilaktiki və maarifləndirici tədbirlər aparılır:
“Aparılan təhlil əsasında görülən tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 12, xəsarət alanların sayı 41 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 99, yaşayış sektorunun payına düşən yanğınlar 61, ticarət obyektlərində 30, avtonəqliyyat vasitələrində 9, əkin sahələrində baş vermiş yanğınların sayında isə 19 fakt azalma qeydə alınıb”.