Abel Məhərrəmovla bağlı AÇIQLAMA

Oxunma sayı: 1523
Ölkə       23 Avqust 2020, 00:35
Abel Məhərrəmovla bağlı     AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə "tost" deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Azmedia.az milli.az-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı  BDU-nun rektoru verməlidir: "Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun Üzvi kimya kafedrasının müdiri olduğuna  görə onunla bağlı qərarı biz verə bilmərik. Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar