Bakıda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyekti aşkarlanıb - FOTO

Oxunma sayı: 379
Ölkə       25 Avqust 2020, 12:04
Bakıda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyekti aşkarlanıb     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

 

Azmedia.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə edilir.

 

Sanitar-epidemioloji normaları pozan səkkiz nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib. Obyektin sahibi barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib.

 

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar