Falçılar “Azenco” şirkətinin rəhbərinin xanımının 217 min manatını necə ələ keçirdilər?

Oxunma sayı: 646
Ölkə       16 Sentyabr 2020, 21:24
Falçılar “Azenco” şirkətinin rəhbərinin xanımının 217 min manatını necə ələ keçirdilər?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Azenco” şirkətinin rəhbəri Faiq Ağayevin həyat yoldaşı falçıların qurbanı olub.

 

Azmedia.az-ın Unikal.org-a istinadən məlumatına görə, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü bildirib.

 

Belə ki, onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağayevin ağır yataq xəstəliyinə düşar olaraq öləcəyini, hamilə olan gəlininin narahatçılıq keçirəcəyini deyib. Bundan sonra isə 2017-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi cindar olan ana-bala Rübabə Ağayevadan 4200 manat dəyərində 45 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 5200 manat dəyərində 55 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 850 manat dəyərində 9 qram çəkisi olan 750 əyarlı paxlava üzük, 1400 manat dəyərində 15 qram çəkisi olan 750 əyarlı bilərzik, 1700 manat dəyərində 18 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı, 950 manat dəyərində 10 qram çəkisi 750 əyarlı 3 ədəd halqa şəkilli bilərzik, 4000 manat dəyərində 40 qram qızıl çəkisi olan 75 əyarlı komplekt, 1900 manat dəyərində 20 qram qızıl çəkisi olan 750 əyarlı “Fantaziya” qılzıl-üzük dəsti, 850 manat dəyərində 9 qram qızıl çəkisi olan 750 əyarlı üzük, 2550 manat dəyərində 25 qram qızıl çəkisi olan 750 əyarlı komplekt, 2400 manat dəyərində 25 qram qızıl çəkisi olan 683 əyarlı klon, 1400 manat dəyərində 15 qram qızl çəkisi olan 750 əyarlı 3 ədəd üzük , 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı dəsti, 1400 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan 750 əyarlı 3 ədəd üzük, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı və ümumilikdə həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan manatı ilə 96900 manat təşkil edən 57000 ABŞ dolları, 15000 Böyük Britamiya funt-sterlinqi və 47000 manat nəğd pulu ələ keçirib ümumilikdə 216850 manat külli miqdarda maddi ziyan vurub.

 

Qeyd edək ki, 2020-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Əlizadə və anası Lalə İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cinayət işində cindarlar Rübabə Ağayevadan başqa 12 nəfəri də aldadıb.

 

Xatırladaq ki, Rübabə Ağayevanın həyat yoldaşı Faiq Ağayev “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin yaxın dostudur. Məlum olduğu kimi “Azenco” şirkəti Etibar Pirverdiyevə məxsusdur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar