Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdılar

Oxunma sayı: 529
Siyasət       17 Sentyabr 2020, 12:19
Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdılar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil”.

 

Azmedia.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.

 

O bildirib ki, deputat həmkarı Razi Nurullayevin Tofiq Yaqublu ilə bağlı fikrini bölüşür: “Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.

10:27

“Mən bu gün Tofiq Yaqublunun günahkar olub-olmaması ilə bağlı məlumatlı deyiləm”.

 

Azmedia.Az Report-a istinadən xəbər verir ki,, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

O bildirib ki, bu gün Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid olunur:

 

“Əgər Tofiq Yaqublunun şəxsiyyəti əsasında yaranan məzəmmətlər ölkəmizə ziyan vurursa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar