Moskvada avtomobillə üç nəfəri vuran Azərbaycanlı reperin qanında narkotik aşkarlanıb -FOTO

Oxunma sayı: 530
Qəza       23 Sentyabr 2020, 22:34
Moskvada avtomobillə üç nəfəri vuran     Azərbaycanlı reperin qanında narkotik aşkarlanıb -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev qəza anında narkotik maddənin təsiri altında imiş.

 

Azmedia.az RBK-a istinadən xəbər veir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

 

Qeyd edilib ki, yoxlamalar zamanı sürücünün qanında narkotik maddənin izi aşkarlanıb.

 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb.  Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

 

Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi - bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

 

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar