Müharibədən qorxan Ermənistan yalvardı: DANIŞIQLARA HAZIRIQ

Oxunma sayı: 44
Siyasət       24 Sentyabr 2020, 04:21
Müharibədən qorxan Ermənistan yalvardı:     DANIŞIQLARA HAZIRIQ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Müharibəni istəyən Ermənistan və onun bəzi havadarlarıdır. Azərbaycana müharibə lazım deyil, lakin ordumuz hər zaman düşmənin istənilən təxribatına hazırdır”.

 

Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlardan danışarkən deyib. O, Ermənistanın Azərbaycanı təxribata çəkmək istədiyini bildirib:

 

“Bölgədə ümumilikdə vəziyyət dəyişilib. Artıq üstünlük Azərbaycan tərəfindədir. Çünki bizim ordumuz istənilən halda Ermənistanı susdura, antiterror əməliyyatları keçirə bilər. Bunu rəsmi İrəvan da çox yaxşı başa düşür. Onlar bilir ki, müharibənin başlaması həm Paşinyan hakimiyyətinin, həm də ölkənin özünün kritik vəziyyətə düşməsinə səbəb olacaq. Əslində, Paşinyan hakimiyyəti getmək üzrədir, sadəcə olaraq, müharibə olacağı təqdirdə bu proses daha da sürətlənəcək. Ermənistanın daxilində olan problelər ölkənin sonunu gətirəcək qədər ciddidir. Bunu ermənilərin özləri də bilir.

Tofiq Abbasov: Aleksandr Lapşin Azərbaycan qanunlarını pozub, buna görə də  cavab verməlidir

Əgər bir neçə gün əvvəl onlar "müharibə, müharibə" deyə səs-küy salırdılarsa, indi səsləri kəsilib və qorxuya düşüblər. Düşmən ölkənin Xarici işlər naziri Zöhrab Mnatsakanyan artıq Azərbaycanla danışıqlara hazır olduqlarını bəyan etdi. Baxın, bu yaxınlara qədər danışıqların predmeti olmadığını deyən Z.Mnatsakanyan danışıqlara hazır olduqlarını deyir. Rusiya Xarici işlər naziri Sergey Lavrov da çıxışında, “Ermənistanın qeyri-şərtsiz işğal olunmuş 5 rayonu geri qaytarmalıdır” söyləyib. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi müharibə deyil, sadəcə bölgədə vəziyyəti gərginləşdirməyə çalışır, məsələ tam ciddiləşəndə isə geri addım atır və araya Rusiyanı salır.

 

Amma bu vəsitə də uzun zaman işə yaramayacaq. Ermənistanın ağılı varsa, məsələnin qısa zamanda sülh yolu ilə həllinə çalışsın. Əks halda bu, onlar üçün çox ağır nəticələr verəcək”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar