Kişi kirayə qaldığı evdə arvadına təcavüz edən ev sahibini ürəyindən bıçaqlayıb -BAKIDAKI QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Oxunma sayı: 958
Kriminal       25 Sentyabr 2020, 09:48
Kişi kirayə qaldığı evdə arvadına təcavüz edən ev sahibini ürəyindən bıçaqlayıb    -BAKIDAKI QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Suraxanı rayonunda kirayə qaldığı evdə ev sahibini qətlə yetirməkdə təqsirli bilinən İlkin Əhmədovun cinayət işi.

Azmedia.az"Ölkə.Az"a istinadən xəbər verir ki, ittihama görə Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qətli törətməkdə şübhəli bilinən İlkin Əhmədov cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib. 

İstintaqla müəyyən olunub ki, səhər saatlarında İlkin Əhmədov kirayə qaldığı evə qayıtdığı zaman ev sahibi Fial İsmayılovun arvadına təcavüz etdiyini görüb. 

Qısas almaq niyyəti ilə İlkin Fiala əvvəlcə yumruqla sonra isə mətbəxdən götürdüyü bıçaqla ürəyinə, ardınca boyun nahiyyəsinə zərbələr endirməklə onu qəsdən həyatdan məhrum edib. 
İş üzrə dindirilən İlkin Əhmədov ifadəsində bildirib ki, əslən Gürcüstandan olsa da, uşaqlıqdan ailəsi ilə birlikdə Bakıda yaşayıb. 2014-cü ilə Aygün Nuriyeva ilə evlənib və bir müddət atası evində yaşayıb. Daha sonra ailəsi ilə Suraxanı rayonunda tanışı Fial İsmayılovun evində kirayədə yaşamağa başlayıb. Özü fəhləliklə məşğul olub, yoldaşı isə kafedə  işləyib. Tanışı Fial tez-tez onların evlərinə gəlib-gedib və axşamlar birlikdə yeyib-içiblər. 

Aprelin 9-da evdə təbii qazın limiti qurtardığından Aygün yemək bişirmədən yatıb. İlkin də işığı söndürüb özünü yatmış kimi göstərib ki, Fial onlara gəlməsin. Lakin bir az keçmiş Fial sərxoş vəziyyətdə onlara gəlib. İlkin ona artıq gec olduğunu desədə Fial evə daxil olub və ona pivə içmək istədiyini deyib. Gecə saat 3-ə kimi yeyib içiblər, sonra Fialı həyətlərinə yola salıb. 

Bir müddət sonra Fial yenədə spirtli içki götürüb onlara qayıdıb. İlkin Fialın nədənsə az içdiyini hiss edib. Səhər saat 5:00 radlərində Fial qaz kartına pul yükləmək üçün ona 1 manat verib və dükana getməyini xahiş edib. İlkin dükana gedən zaman Fialıda özü ilə çölə çıxarıb və evin qapısını bağlayıb. 

Marketə gedib 10-15 dəqiqə sonra evə qayıdarkən qapının açıq olduğunu görüb. İçəri daxil olan zaman Fialı yoldaşının üzərində görüb. Yaxınlaşıb onu qaldırıb sifətindən 3-4 dəfə şillə vurub. Bu vaxtı arvadı onları ayırmağa çalışıb. Əsəbləşən İlkin özündən asılı olmayaraq mətbəxdən götürdüyün bıçaqla Fialın sinəsinə zərbə endirib. 

Fial onun əlindən çıxaraq küçəyə qaçıb. Evdə İlkinin həyat yoldaşı ona Fialın iki gün əvvəl onu zorladığını deyib. Bundan əsəbləşən İlkin əlində bıçaqla çölə çıxan zaman Fialın yerdə yıxılıb qaldığını görüb. Sonra Əhmədov Fialın evinə gedib arvadına ərinin bıçaqladığını və evinin qarşısında yerdə uzanmış vəziyyətdə olduğunu deyib. 

Yoldan keçən yük maşınına yaralını mindirib xəstəxanaya aparıblar. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlib. 

Məhkəmə nəticətə gəlib ki, İlkin Əhmədova cinayət məcəlləsinin 120.2.9-cü ( köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməyib. 

Belə ki, sübutlarla müəyyən olunub ki, ailəvi dostluq münasibətində olan Fial İsmayılovun arvadı Aygün Nuriyevaya gözü qarşısında təcavüz etməsi təqsirləndirilən şəxsə sarsıntı yaşadıb və nəticədə o, bıçaqla zərərçəkmişə xəsarət yetirib. 

Məhkəmə hesab edib ki, İlkin Əhmədovun əməlini 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidi.

Sonda məhkəmənin hökmü ilə İlkin Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar