Bakıda karantini pozan çay evinin sahibi cərimələndi

Oxunma sayı: 573
Cəmiyyət       25 Sentyabr 2020, 13:31
Bakıda karantini pozan çay evinin sahibi cərimələndi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb.

 

Bu barədə  Azmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.

L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar