Türkiyədə “Atmaca” raketlərinin yeni versiyası hazırlanır

Oxunma sayı: 629
Dünya       27 Sentyabr 2020, 00:02
Türkiyədə “Atmaca” raketlərinin     yeni versiyası hazırlanır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Roketsan” müdafiə şirkətinin mütəxəsisləri düşmən raketlərini məhv etmək üçün yerüstü HHM kompleksləri tərəfindən istifadə edilə biləcək “Atmaca” gəmi əleyhinə raketlərin yeni modifikasiyasını hazırlayır.

 

Azmedia.az bildirir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Roketsan”ın baş direktoru Murat İkinci “Anadolu” agentliyinə bildirib. Onun sözlərinə görə, Türkiyədə gəmi əleyhinə ilk raket olan - “Atmaca”nın tədarükü bu ilin sonuna planlaşdırılır.

 

“Gəmi əleyhinə hazırlanan raket 250 km məsafədə suüstü hədəfi vura bilər. Uçuş trayektoriyası suyun səthindən keçir və bu texnologiyalar artıq Türkiyənin arsenalında mövcuddur”, - deyə İkinci bildirib. Onun sözlərinə görə, “Atmaca” raketləri xaricdə də böyük maraqla qarşılanır.

 

“Roketsan”ın baş direktoru vurğulayıb ki, son illərdə Türkiyənin müdafiə sənayesi ölkənin silah-sursat sahəsində idxal asılılığını xeyli azaltmaqla, həqiqətən də böyük nailiyyətlər əldə edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar