Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Oxunma sayı: 705
Siyasət       27 Sentyabr 2020, 17:30
Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək”, - deyə nazirliyin məlumatında deyilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar