Prokurorluq Ermənistanın törətdiyi cinayətlərlə bağlı altı dildə video çarx hazırlayıb

Oxunma sayı: 612
Siyasət       26 Oktyabr 2020, 13:16
Prokurorluq Ermənistanın törətdiyi cinayətlərlə bağlı altı dildə video çarx hazırlayıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İşğalçı Ermənistanın silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb. 

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin olunacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar