Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı - FOTO

Oxunma sayı: 623
Siyasət       26 Oktyabr 2020, 16:05
Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

 

Azmedia.az  xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar