Bakıda dəhşətli hadisə: Kişi keçmiş arvadını və iki uşağını bıçaqladı

Oxunma sayı: 527
Kriminal       28 Oktyabr 2020, 10:30
Bakıda dəhşətli hadisə:     Kişi keçmiş arvadını və iki uşağını bıçaqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın Xəzər rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

 

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

 

Məhəllə 2146-23 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Əhmədova Elnurə Zakir qızı, onun oğlu 1999-cu il təvəllüdlü Əhmədov Kamran Afiq oğlu və qızı 2003-cü il təvəllüdlü Əhmədova Günel Afiq qızı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Məlum olub ki, hadisəni törədən Afiq Əhmədov olub. O, bir neçə il bundan öncə E.Əhmədova ilə boşanıb. Hər iki uşaq isə anasının himayəsində yaşayıb. Keçmiş ailə üzvlərini bıçaqlayan A.Əhmədov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar