Tramp vəd verdi: “Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq”

Oxunma sayı: 509
Dünya       28 Oktyabr 2020, 14:13
Tramp vəd verdi:       “Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq.

 

“Vzqlyad”ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Viskonsində tərəfdarları qarşısında keçirilən mitinqdə bu barədə vəd verib.

Çıxış zamanı o, dərmanın heyrətamiz təsirini xatırladıb və bununla bağlı təəssüratlarını bölüşüb.

“Özümü çox yaxşı hiss etmirdim. Dərmanı qəbul edən günün səhəri yuxudan oyandım və bütün dünyanı fəth edə biləcəyimi hiss etdim. “Məni buradan çıxarın!” - dedim”.

Amerikalı lider xəstəxanada olduğu müddətdə istifadə edilən üsulların adi klinikalara tətbiq etmək üzərində işlədiyini əmin edib.

Beləliklə, ABŞ administrasiyası anticisimlərə əsaslanan dərmanları istehsal edən “Regeneron Pharmaceuticals” və “Eli Lilly and Company” preparatlarını ehtiyacı olanlar üçün pulsuz etməyi planlaşdırır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar