Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

Oxunma sayı: 525
Ölkə       28 Oktyabr 2020, 22:22
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı -     SİYAHI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edib.

Dəyişikliyə əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılır.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Cəlilabad və Masallı rayonlarında da ictimai nəqliyyatın hərəkəti dayandırılır.  

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar