Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb - FOTO

Oxunma sayı: 528
Maraqlı       30 Oktyabr 2020, 09:00
Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb.

 

Azmedia.Az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə universitetin saytında məlumat verilib.

 

Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub.

 

Asteroidin müşahidələri zamanı tədqiqatçılar “Apofis”in “Yarkovski effekti” səbəbiylə öz orbitindən ildə 170 metr kənara çıxdığını müəyyənləşdiriblər. Bu böyüklük 2068-ci ildə asteroidin trayektoriyasını dəqiq proqnozlaşdırmağı mümkünsüz etmək üçün kifayətdir.

 

“Apofis” dünyaya kifayət qədər yaxındır. 2029-cu ilin aprel 13-də səma cismini adi gözlə görmək mümkün olacaq: asteroid 37 min kilometr məsafədə (Aydan demək olar ki, 10 dəfə yaxın) Yer orbitində rabitə peyk kəmərindən keçəcək, lakin bu anda Yer üçün təhlükə yaratmayacaq.

 

Bundan sonrakı müşahidələr XXI əsrin ikinci yarısında bir toqquşma ehtimalını müəyyənləşdirməyə kömək etməlidir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar