Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ

Oxunma sayı: 877
Siyasət       30 Oktyabr 2020, 16:05
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib     - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Düşmən tərəfindən Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda dörd cinayət işi aparılır”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib:

“Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”, - o qeyd edib.

K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır:

“Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar