Deputat: “Döyüşlərin davam etməsi azğın düşmənin ordumuz qarşısında diz çökmə anını yaxınlaşdırır”

Oxunma sayı: 36
Siyasət       30 Oktyabr 2020, 16:09
Deputat: “Döyüşlərin davam etməsi azğın düşmənin ordumuz qarşısında diz çökmə anını yaxınlaşdırır”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olunamsı məqsədi ilə həyata keçirdiyi sülhə məcburetmə əməliyyatı nəticəsində döyüş meydanında müasir hərb strategiyasını tətbiq etməklə ciddi uğurlar əldə etməkdədir.

 

Azmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

 

Onun sözlərinə görə, cənab Ali Baş Komandanın uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan ordusu bu gün  dünyanın ən güclü ordularından biri hesab olunur. “Məhz cənab Ali Baş Komandanın ordu quruculuğuna verdiyi diqqət nəticəsində  bu gün Azərbaycan ordusu dünyanın ən güclü və nüfuzlu ordularından biri hesab olunmaqdadır.   Azərbaycan ordusu bu peşəkarlıq, bacarıq və məharətini döyüş meydanında  nümayiş etdirməkdədir. Azərbaycan ordusu təkcə taktiki döyüş bacarığı baxımından deyil, eyni zamanda  müasir  hərbi texnologiyaların döyüş meydanında məharətlə və uğurla tətbiq edilməsi baxımından ciddi  uğurlara imza atıb. Ordumuzun  döyüş dronları və digər müasir hərbi texnologiyalardan  məharətlə istifadə bacarığını nümayiş etdirməklə dünya hərbi tarixinə yeniliklər gətirmiş oldu. Artıq dünyanın ən aparıcı ölkələri belə  ordumuzun bu uğurunu diqqətlə izləməkdə və gələcəkdə öz ordularında tətbiq etmək niyyətindədir.  Hətta dünyanın ən qüdrətli ölkələrinin ordu rəsmiləri bunu etiraf etməkdədir. Ona görə də bu gün şanlı ordumuz  təkcə torpaqlarımızı işğaldan azad etməklə  Azərbaycan tarixinə  qızıl hərflərlə qəhrəmanlıq salnaməsi deyil, eyni zamanda  dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq yeniliklər yazır”- deputat qeyd edib.

 

Deputat əlavə edib ki, məhz ona görə də faşist, terrorçu, şizpfrenik düşüncəyə malik qəsbkar Ermənistanın  siaysi, hərbi rəhbərliyi  döyüş meydanında  məğlubiyyətinin acısını Azərbaycanın dinc əhalisini, xüsusən də uşaq, qadın və yaşlıları  hədəf seçməklə  bəşəriyyətə qarşı terror aktı, hərbi cinayətlər törədir: “Düzdür,  faşistlərin bu əməli bizim üçün yenilik deyil və uzun illərdir bu vandalizm, soyqırım, terror aktlarını və hərbi cinayətlərinə şahidlik edirik. Təəssüflər olsun ki, dünya birliyi əvvəllər olduğu kimi, indi də faşistlərin, terrorçulaırn bi hərbi cinayətlərinə göz yummaqdadır və buna öz etirazlarını bildirmirlər. Dünya bilriyinin, beynəlxalq təşkilatların,  o cümlədən Azərbaycanda fəaliyyət  göstərən beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin gözü qarşısında baş verənlərə bu cür susqunluq mövqe sərgiləməsi cəmiyyət tərəfindən qzəb və nifrətlə qarşılanır. Axı uşaq, qadın qatili olan faşistlərin bu cür insanlığa zidd  hərbi cinayətlərə bəşəriyyətə qarşı yönəlib. Bu bir daha onu sübut edir ki, dünyanın bəşəri, insani dəyərlərini müdafiə edən təşkilatlar deqradasiyaya uğrayıb.

 

İstər beynəlxalq təşkilatların, istərsə dünya güclərinin və qüdrətli dövlətlərinin, istərsə də Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ və onun həmsədr ölkələrinin  təcavüzkar, faşist, terrorçu Ermənistana  hərtərəfli dəsətk verməsi nəticəsində  həm işğalçılıq, həm də qeyri-insanı vəhşi  hərbi cinayətlərini davam etdirməyə sövq edir: “Əgər beynəlxalq aləm və vasitəçilər zamanında qəsbkarın işğalçılıq siyasətinə qarşı sərt reaksiya göstərib, onu dayandırsaydılar, onlar bu gün bu cür şizofrenik insane xas  insanlığa zidd dəhşətli cinayətlər törətməzdilər. Belə cinayətləri ancaq faşist və şizofrenik xəstəliyə malik olan insanlar  törədə bilər. Məhz zamanında bu faşistlərin bu cür təxribatlaırnın qarşısı alınmadığından Azərbaycan öz məcbur olub beynəlxalq hüquq normalarına uyğun olaraq,  həmçinin beynəlxalq təşkilatların  Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı  qəbul etdiyi qətnamə və  qərarlarını icra etməkdədir.  Beynəlxalq aləm buna görə Azərbaycana təşəkkür etməlidir ki, cənab Prezident İlham Əliyev onların görməli işi həyata keçirməklə, onların beynəlxalq aləmdə itmiş nüfuzlarını bərpa etməkdədir.  Beynəlxalq təşkilatlar və münaqişənin həllində vasitəçi olan ölkələr faşist Ermənistanını insanlığa zidd  cinayətlərinə görə  ciddi tədbir görməzsə, o zaman Azərbaycan bu missiyanı üzərinə götürüb, bəşəriyyətə qarşı təcavüz aktını həyata keçirən canilərin layiqli cəzasını özü verəcək.Necə ki, Azərbaycan ordusu bu canilərin layiqli cəzasını döyüş meydanında verib, onları məhv edir. Canilərin cəzalandırılması  bundan sonra  da davam edəcək”.

 

Deputat onu da bildirıb ki, döyüş meydanına ciddi məğlubiyyətə uğrayan düşmən ölkənin rəhbərliyi  atəşkəs əldə olunması üçün xarici ölkə rəhbərlərinə müraciət və yalvarışından sonra  üç dəfə atəşkəs   barədə razılıq əldə olunsa da, hər dəfə bu razılaşmanı pozan qarşı tərəf olub: “Sonuncu atəşkəs də məhz azğın düşmən tərəfindən pozuldu. Əgər əvvəlki razılaşamlar pozulanda  azğın düşmən Gəncəni hədəf seçərək xalq içərisində  qorxu, vahimə yaratmaq istəyirdisə, sonuncu atəkəslə bağlı razılaşmadan sonra Bərdədə dinc insanlaır hədəf seçməklə bu niyyətinə nail olmaq  istəyir. Amma düşmən bu niyyətinə nail ola bilməyəcək. Əksinə bu cür qətliamlar, soyqərəm, hərbi cinayətlər xalqı hədəfdən yayınmamaq üçün daha da mütəşəkil qaydada birləşdirir. Mübarizə, döyüş əzmini artırır. Belə cinayətlərlə bizi sındırmaq və qorxutmaq mümkün deyil və olmayacaq da. Xalq Ali Baş Komandanın ətrafında sıx birləşərək ərazilərinin son qarışınadək azad olunması uğrunda mübarizəyə hazırdır.  Azərbaycn ordusu də Ali Baş Komandanın rəhbərliyi altında bu missiyanı uğurla icra etməkdədir. Ordumuz həm torpaqlarımızı işğaldan azad edir, həm də uşaq, qadın, yaşlı, dinc insanlaırn qatillərini cəzasını döyüş meydanında layiqincə verir. Əgər havadarları Ermənistanı gələcəkdə daha dəhşətli fəlakətlərdən xilas etmək istəyirlərsə, o zaman qulları və əllərində alət olan faşist,  terrorçu Ermənistanın şizofrenik rəhbərlərini baş salsınlar ki, nə qədər imkan var, Azərbaycanın irəli sürdüyü şərtləri qeyd şərtsiz qəbul edib, tezliklə icra etsin. Bu şərtlər də ondan ibarətdir ki, hərbi qarşıdurmanın dayandırılıb, məsələnən danışıqlar yolu ilə həll etmək  üçün  qoşunlarını Azərbaycan torpaqlarından çıxarı, ərazi bütövlüyünü tanıyır. Əks təqdirdə hər şey gec olacaq və qəsbkar ölkənin Azərbaycan qarşısında diz şöküb yalvarışı da nəticə verməyəcək. Onsuz da diz çöküb. Bir yandan  faşist ölkənin rəhbərliyi, digər tərəfdən isə speratçı rejimin  dırnaqarası rəhbəri   Azərbaycan ordusunun əlindən xilas olmaq üçün dünyaya  yalvarır.  Ölkə başçısının da dediyi kimi döyüş meydanında  davam edən hərbi əməliyyatların davam etməsi azğın düşmənin Azərbaycan ordusu qarşısında diz çökmə anını yaxınlaşdırır.

 

Odur ki, Azərbaycan ordusu  haqq mübarizəsini sonadək icra etdirəcək və tezliklə torpaqları işğaldan azad edəcək”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar