Yer kürəsi boyda yeni planet aşkarlandı

Oxunma sayı: 526
Maraqlı       30 Oktyabr 2020, 22:30
Yer kürəsi boyda yeni planet aşkarlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Astronomlar ulduzlararası sferada Yer kürəsi və Mars planetinin ölçüləri boyda yeni planet aşkar ediblər.

Azmedia.Az "Report"a istinadən xəbər verir ki, alimlər öz tapıntılarını "Astrophysical Journal Letters" elmi jurnalında dərc olunmuş məqalədə təsvir ediblər.

Alimlər bir neçə il əvvəl ulduzlararası sahədə azad hərəkət edən və hər hansı ulduza bağlanmayan xeyli sayda atılmış planetlərin mövcudluğuna dair sübutları təqdim ediblər.

Ancaq Oxatan bürcündə aşkarlanmış OGLE-2016-BLG-1928 planeti daha əvvəl kəşf edilənlərdən ən kiçiyidir. Belə göy cisimlərini ənənəvi metodların köməyi ilə görmək mümkün deyil, çünki onlar öz günəşlərinin ətrafında fırlanmırlar və buna görə kölgə üzrə aşkar edilmirlər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar