Hakim Halil Sezai ilə bağlı qərar verdi

Oxunma sayı: 525
Dünya       30 Oktyabr 2020, 22:15
Hakim Halil Sezai ilə bağlı qərar verdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

67 yaşlı qonşusunu döyməkdə ittiham olunan müğənni Halil Sezainin məhkəməsi baş tutub.

Azmedia.Az xəbər verir ki, ifaçının həbs edilməsi tələbi ilə baş tutan məhkəmədə şikayətçi Hüseyin Meriç və hər iki tərəfin vəkilləri iştirak etsə də, Halil Sezai məhkəməyə virtual qatılıb.

İfaçı məhkəmədə silahla təhdid etmə, təhqir, mülk toxunulmazlığını pozmaq, silahla qəsdən adam yaralama kimi cəzalarla ittiham olunub.

Məhkəmə prosesi zamanı məşhurun 13 il 10 ay müddətində həbs olunması haqqında iddia irəli sürülsə də, ona 1 il 11 ay cəza verilib. Sonra isə Sezai sərbəst buraxılıb.

Qeyd edək ki, hadisə Türkiyənin Tuzla şəhərində yaşanıb. İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalara görə, sentyabrın 15-də tərəflər arasında yaşanan gərginliyə səbəb 67 yaşlı qonşusunun çəkilişə etiraz etməsi olub. Hüseyin Meriçi döyən müğənni daha sonra ondan üzr istəyib. Lakin Halil Sezainin qonşusunu döydüyü görüntülərin ortaya çıxması tərəflər arasında gərginliyi məhkəmə zalına qədər aparıb. /Axsam.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar