Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib -FOTO

Oxunma sayı: 1814
Hadisə       21 Noyabr 2020, 22:47
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib     -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.Az xəbər verir ki, Fransanın məşhur “Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlamış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb.

 

Müraciətin mətnindən açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı yönəldiyi sezilir.

 

Müraciətin ümumi məğzi ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olmasından ibarətdir.

 

Müraciət edənlərin siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.  

 

Bu müraciətə rəsmi Bakı tərəfindən reaksiya verilməyib. Məsələni həm rəsmi orqanlar, həm də diaspor təşkilatları diqqətdə saxlamalı, ona adekvat münasibət bildirməlidirlər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar