Britaniyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Oxunma sayı: 577
Dünya       23 Noyabr 2020, 10:45
Britaniyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Böyük Britaniyada ötən sutka yeni növ koronavirusa (COVİD-19) 18,6 min nəfər yoluxub.

Azmedia.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1,5 milyonu ötüb. Beləliklə, Britaniya ABŞ, Hindistan, Braziliya, Fransa, Rusiya və İspaniyadan sonra 1,5 milyon yoluxma göstəricisini keçən dünyanın yeddinci ölkəsi oldu.

Bildirilir ki, ümumilikdə koronavirusla bağlı xəstəliklərdən ötən sutkada 398 olmaqla 55 024 ölüm hadisəsi qeydə alınıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar