“Əl - Qaidə” liderinin öldüyü iddia olunur

Oxunma sayı: 820
Hadisə       23 Noyabr 2020, 13:00
“Əl - Qaidə” liderinin öldüyü       iddia olunur

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Əl - Qaidə” terror təşkilatının mövcud lideri Ayman əz-Zəvahiri Əfqanıstanda vəfat edib.

 

Azmedia.Az xəbər verir ki, bu barədə “Arab News” Pakistan və Əfqanıstandan olan mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, 69 yaşlı terrorçu anidən dünyasını dəyişib. Onun koronavirusa yoluxması barədə məlumatlar olsa da, bu, dəqiqləşdirilməyib.

 

Səhhətində uzun zamandır problem olan Zəvahiri sonuncu dəfə 11 sentyabr tarixində insanlara məktub ünvanlayıb. 

 

ABŞ rəsmiləri isə “Associated Press”ə açıqlamasında bildirib ki,  ölüm xəbərinin doğru olub-olmadığını müəyyənləşdirirlər.

 

Xatırladaq ki, misirli Ayman əz-Zəvahiri 2011-ci ildə “Əl-Qaidə” terrorçu şəbəkəsinin yeni lideri seçilib. O, bu vəzifədə ABŞ xüsusi təyinatlı dəstələrinin 2011-ci ilin mayın əvvəlində Pakistanda məhv etdiyi Üsamə bin Ladeni əvəzləyib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar