Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

Oxunma sayı: 707
Siyasət       24 Noyabr 2020, 19:23
Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin qarşılıqlı iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə də toxunuldu”, - deyə Kremldən bildirilib.

Bundan əlavə, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanla Qarabağda münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmaların həyata keçirilməsini, habelə Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabr tarixində Bakı və İrəvana səfərinin nəticələrini müzakirə edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar