Tarixə düşən faciəvi vulkan püskürməsinin yeni qurbanları tapıldı - FOTO

Oxunma sayı: 568
Dünya       25 Noyabr 2020, 08:45
Tarixə düşən faciəvi vulkan püskürməsinin yeni qurbanları tapıldı -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Arxeoloqlar Pompeydə Vezuvi vulkanının püskürməsi (e.ə. 79-cu il) nəticəsində həlak olan zəngin şəxsin və köləsinin qalıqlarını aşkarlayıblar.

Azmedia.Az xəbər verir ki , bu barədə Phys.org saytında məlumat verilib.

Kəllə və bədən sümüklərinin yeni fraqmentləri Aralıq dənizinə mənzərəsi açılan villanın dağıntıları altında tapılıb. Araşdırmaçılar hesab edirlər ki, onlar kül püskürməsi zamanı sağ qalıblar, lakin səhəri gün güclü vulkan partlamasında həlak olublar. Onlar iki metr dərinlikdə qalın kül örtüyünün altında qalıblar.

Kəllə və diş sümüklərinin təhlili qurbanlardan birinin 18-25 yaşında olduğunu göstərib. Ağır əmək səbəbindən onun onurğa diskləri deformasiyaya uğramış şəkildə olub. Digəri 30-40 yaşlarında güclü bədən quruluşuna sahib adam olub.

Qurbanların qalıqları kriptoportikum adlanan yeraltı dəhlizin tərəfində yerləşən otaqda tapılıb.

Ehtimal ki, onlar villanın altında təhlükəsiz olduqlarına inanıblar, ancaq bərk yanılıblar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar