Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Oxunma sayı: 644
Ölkə       25 Noyabr 2020, 11:36
Bakı üzrə     parklanma ilə bağlı baş plan hazırlanacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

 

Azmedia.Az-ın məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

 

Onun sözlərinə görə, bu plan ilk növbədə, ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq: "Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar k, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar