Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Oxunma sayı: 543
Ölkə       27 Noyabr 2020, 13:12
Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər     bərpa olunur

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur.

 

 Azmedia.Az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

 

4 dekabr 2020-ci il tarixdən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

 

Bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

 

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar