Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov - VİDEO

Oxunma sayı: 1762
Cəmiyyət       27 Noyabr 2020, 17:36
Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb.

 

Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib. 

Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır. 

Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir. 

V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib. 

Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar